Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2022 22:30
"Əlverişsiz hava şəraitinin fəsadları ilə əlaqədar Moskvada 10 nəfər xəstəxanaya çatdırılıb, bir nəfər vəfat edib".
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Moskva şəhərinin meri Sergey Sobyanin bildirib.
Həmçinin paytaxt Prokurorluğu da bir nəfərin ölümü ilə bağlı məlumat yayıb:
"İyulun 10-da axşam saatlarında Ukrayna bulvarında kişinin üzərinə ağac aşıb. Nəticədə o, yerindəcə dünyasını dəyişib".