Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keyni Almaniya nəhənginə buraxmırlar

Keyni Almaniya nəhənginə buraxmırlar

Tarix: 11 Iyul 2022 12:54

Harri Keyn karyerasını Almaniyada davam etdirməyəcək.

Sonxeber.net Fanat.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

O, "Tottenhem"in ingilis hücumçusunun "Bayern Münhen"ə keçəcəyi ilə bağlı xəbərlərə şərh verərkən bunu yalanlayıb. Jurnalistin sözlərinə görə, tərəflər arasında danışıq aparılmayıb. Üstəlik, İngiltərə klubu və baş məşqçi Antonio Konte ulduz forvardla ayrılmağı düşünmür. Hotspurlular ona yeni müqavilə təklif etmək istəyirlər.

Keynin "Tottenhem"lə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir. O, ötən mövsüm bütün turnirlərdə 50 oyuna çıxıb, 27 qol vurub və 10 məhsuldar ötürmə verib.


Etiketlər:  Keyni Almaniya nəhənginə buraxmırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ