Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"SpaceX" daha 46 "Starlink" peykini kosmosa göndərir

Tarix: 11 Iyul 2022 14:16

"SpaceX" şirkəti "Starlink" mikropeyklərinin növbəti qrupu ilə yüklü "Falcon 9" daşıyıcı raketi kosmosa göndərib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında canlı yayım aparılır.

Vandenberq Hərbi Hava Qüvvələri bazasından (ABŞ, Kaliforniya ştatı) buraxılış Bakı vaxtı ilə 05:39 baş tutub. 46 mikropeyk Yer orbitinə buraxılacaq.

Qeyd edək ki, "Starlink" şəbəkəsi 260 kq ağırlığında çoxlu sayda cihazları yerləşdirməklə internetə çıxışı təmin etmək üçün nəzərdə tutulub. "SpaceX" hesab edir ki, ümumilikdə 11 000 peykin orbitə çıxarılması və istismara verilməsi 10 milyard dollara başa gələcək. Şirkət əmin edir ki, 5G standartına uyğun gələn 1 Qbit/s sürətlə genişzolaqlı internetə çıxış təmin edə biləcək. 2019-cu ilin may ayından etibarən "SpaceX" 2 500-dən çox "Starlink" peykini orbitə çıxarıb.

Milli.Az


Etiketlər:  SpaceX daha 46 Starlink peykini kosmosa göndərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ