Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 16 nəfəri gün vurub

Bakıda 16 nəfəri gün vurub

Tarix: 11 Iyul 2022 14:30

Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 nəfər müraciət edib.

TƏBİB-dən Sonxeber.net-a verilən xəbərə görə, onlardan 13 nəfəri hospitalizasiya edilib, 3 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 13-ü böyük, 3-ü uşaq olub.

Qeyd edilib ki, günvurma zamanı ilkin tibbi yardım olaraq zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır:

"Zərərçəkənə soyuq su verilməli, üzü və sinəsi soyuq su ilə silinməlidir. Daha sonra başının, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres etmək lazımdır. İlkin tibbi yardımdan sonra dərhal təcili tibbi yardım çağırmaq və ya zərərçəkəni yaxınlıqda olan tibb müəssisəsinə çatdırmaq vacibdir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata əsasən, Bakıda və Abşeron yarımadasında iyulun 11-dən 15-dək havanın maksimal temperaturunun 33-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə iyulun 11-dən 15-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 34-39°, bəzi yerlərdə 42°, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir".


Etiketlər:  Bakıda nəfəri gün vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ