Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda iki sabiq məmur Baş Prokurorluğa çağırıldı

Ermənistanda iki sabiq məmur Baş Prokurorluğa çağırıldı

Tarix: 11 Iyul 2022 19:22

Ermənistanın Baş Prokurorluğu İrəvanın keçmiş meri Taron Markaryanı və sabiq Baş prokuror Gevorq Kostanyanı, eləcə də onların ailə üzvlərini dindirilməyə çağırıb.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Bildirilib ki, Markaryan və onun ailə üzvləri iyulun 14-də, Kostanyan isə iyulun 19-da Baş Prokurorluqda olmalıdırlar.

Qeyd edək ki, hər iki sabiq məmur barəsində cinayət işi qaldırılır. Markaryan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Kostanyan isə 1 mart hadisələri ilə bağlı təqsirləndirilən şəxs kimi çağırılıb.


Etiketlər:  Ermənistanda sabiq məmur Baş Prokurorluğa çağırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ