Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2022 21:14
Vergi Məcəlləsində 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalara əsasən, həmin Məcəllə ilə müəyyən olunmuş hallarda vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri maliyyə hesabatlarını da), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergiödəyicisinin vəzifəsidir.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sözügedən Məcəlləyə əsasən, müraciətdə qeyd olunan halda, orta sahibkarlıq subyekti vergi orqanının tələbi ilə maliyyə hesabatlarını təqdim etməlidir.
Qanunvericiliyə əməl olunmadığı təqdirdə, bu vəzifənin icra edilməməsinə görə vergiödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.