Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" - "Sürix" matçının vaxtı bəlli oldu

Tarix: 13 Iyul 2022 14:08

"Qarabağ" və İsveçrə "Sürix"i arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı ilk oyununun vaxtı bəlli olub.

Milli.Az xəbər verir ki, qarşılaşma iyulun 19-da saat 20:00-da başlayacaq.

İyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, "köhlən atlar" I təsnifat mərhələsində Polşa "Lex"ini mübarizədən kənarlaşdırıb - 0:1; 5:1.

Milli.Az


Etiketlər:  Qarabağ Sürix matçının vaxtı bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ