Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 17:08
Almaniya avqustun 1-dən etibarən Rusiya kömürünün alınmasını tamamilə dayandıracaq.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Almaniyanın maliyyə nazirinin müavini Yorq Kukis Avstraliyanın paytaxtı Sidneydə keçirilən mətbuat konfransında deyib.
Kukisin digər açıqlaması isə Rusiya nefti ilə əlaqədar olub.
Yorq Kukis bəyan edib ki, Almaniya dekabrın 31-dən etibarən Rusiya neftindən də imtina edəcək.
"Ölkəmiz indi qaz çatışmazlığını aradan qaldırmaq üçün alternativ qaz təchizatçıları axtaracaq", - deyə Almaniyanın maliyyə nazirinin müavini vurğulayıb.