Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 18:02
73 yaşlı Moskva sakini kriptovalyutaya sərmayə qoyub və paytaxtın mərkəzindəki mənzilini itirib.
Sonxeber.net bildirir ki, çərşənbə axşamı, iyulun 12-də, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat yayıb.
Məlumata görə, həmin şəxsə hələ yanvar ayında onunla əlaqə saxlayan fırıldaqçılar külli miqdarda pul qoymağı məsləhət görüblər. Əvvəlcə onlar moskvalını on min avrodan çox pul köçürməyə razı saldılar, sonra isə guya bir kişi ona zəng edərək pulu çıxarmaq üçün ən azı daha altı milyon rubl (101 600 dollar) depozitə qoyulmalı olduğunu söyləyib. Təqaüdçünün belə maliyyəsi olmadığı üçün fırıldaqçılar ona mənzili ilə bağlı müqavilə bağlamağı təklif ediblər.
Həmin şəxs müvafiq sənədlərə imza atsa da, sonradan öyrənib ki, bu yolla mənzilini yeni sahibinin adına rəsmiləşdirib. Ümumi ziyan 22 milyon rubl (372 700 dollar) təşkil edib. Rusiyalı bu ilin iyulunda fırıldaqçıların tapılması xahişi ilə polisə müraciət edib.
İrfan Vəliyev