Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mesut Özilin yeni klubu bəlli oldu

Mesut Özilin yeni klubu bəlli oldu

Tarix: 13 Iyul 2022 20:28

"Fənərbağça"dan ayrılan Mesut Özilin yeni klubu bəlli olub.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "Başakşehir"lə anlaşıb.

"TRT Spor"un yaydığı məlumata görə, onunla yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Mesut Özil 2021-ci ilin yanvarında "Fənərbağça" ilə 3,5 illik sözləşmə imzalamışdı. Lakin martın 24-də sabiq baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılmışdı. Klub iyulun 11-də təcrübəli futbolçunun müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.

Milli.Az


Etiketlər:  Mesut Özilin yeni klubu bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ