Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 22:50
İran Prezidenti İbrahim Rəisi ABŞ-ın Tehranın nüvə danışıqlarında başqa tələblər irəli sürdüyü və dialoqun bu səbəbdən uğursuzluğa düçar olduğu barədə açıqlamalarının doğru olmadığını bildirib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Rəisi ABŞ-a heç bir güzəştə getməyəcəklərini deyib.
"İran 5+1 və 4+1 ilə danışıqlarda həmişə məntiqli davranıb və öz ağlabatan tələblərini irəli sürüb. Bu gün də bizim dialoq komandamız müqavilə çərçivəsindən kənar heç bir tələb irəli sürməyib", - İran prezidenti vurğulayıb.
Rəisi nüvə anlaşmasının canlandırılması ilə bağlı danışıqlarda ölkəsinin mövqeyindən güzəştə getməyəcəyini söyləyib:
"ABŞ rəhbərliyi realist davranmalı və maksimum təzyiq siyasətindən əl çəkməlidir".
Rəisi Amerika rəsmilərinin, o cümlədən ABŞ Prezidenti Co Baydenin Yaxın Şərqə səfərinə də toxunub:
"Baxmayaraq ki, bu səfərlər sionist rejimin (İsrail - red.) mövqelərini gücləndirmək və bəzi ölkələrlə əlaqələrini normallaşdırmaq üçün edilir, amma bu səyləri sionistlərə təhlükəsizlik gətirməyəcək".
İran prezidenti ölkəsinin bölgədəki bütün hadisələri yaxından izlədiyini bildirib:
"Amerikalılardan bizə mesaj göndərənlərə dəfələrlə çatdırmışıq ki, İranın ərazi bütövlüyünə qarşı edilən ən kiçik addım bizim qətiyyətli reaksiyamızla qarşılanacaq".