Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kamran Əliyev iki rayona yeni prokuror təyin etdi

Kamran Əliyev iki rayona yeni prokuror təyin etdi

Tarix: 14 Iyul 2022 12:38

Kürdəmir rayonuna yeni prokuror təyin edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun digər bir əmri ilə Anar Əliyev Ağdaş rayon prokuroru təyin olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Milli.Az


Etiketlər:  Kamran Əliyev iki rayona yeni prokuror təyin etdi


RƏYLƏR