Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“O biri dünyada istərdim əməllərim gözəl olsun. Məni Allah çox istəyir" - Mətanət Əsədova

“O biri dünyada istərdim əməllərim gözəl olsun. Məni Allah çox istəyir

Tarix: 14 Iyul 2022 16:20

"Bu aləmdə 1 nəfər var, adını deməyəcəm. Onu tanıyandan bu günə qədər onda mənfi bir şey tapa bilmirəm. Ən azından mənə qarşı pis bir hərəkətini görməmişəm. Ona görə də adı dilimin əzbəridir. Amma bəzən dost deyirəm, qəlbim isinir. Qohum-əqrəbadan çox musiqi aləmi bir-birini görür. Mənə yaxın gəlir, mən də onu insan bilərək açıb sirrimi bölüşürəm. Bu da mənim ürəyimin təmizliyindən, genişliyindən xəbər verir. Sən niyə gedib sirrimi aşkara çıxarırsan? Əlinə nəyi də götürüb and içsən sənə inanmayacam! Bilirəm ki, bu sözü sən demisən. Amma mən yenə də o insana qarşı müsbət addım atacam. Çünki Allah məni belə dünyaya gətirib, mən sizin kimi xain deyiləm".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Mətanət Əsədova deyib. O daha sonra əlavə edib.

"O biri dünyada istərdim əməllərim gözəl olsun. Məni Allah çox istəyir. Məni istəyir ki, yaradıb. Anamdan da, atamdan da, bacı qardaşımdan da əvvəl. Allahdan qorxum var. Böyük səbrim var, təmkinliyəm. Bəzən elə bilirlər ki, yıxılmışam, gəlin baltalayaq. Evimdə bir xanım işləyir, elə bilirəm bacımdır. O mənə deyir ki, bir dəfə sizi görmədim ki, hansısa həmkarınız haqda danışasınız. Dedim ki, nə danışım? Deyirəm ki, bəlkə sən hansısa müğənnini sevirsən, eşqlə baxırsan ona. Mən onu deyib sənin gözündən niyə salıram kı? Deməli mən onu deməklə özümü sənin gözündən salmış oluram. Onlardan inciyib, küsə bilərəm, amma hamısını çox istəyirəm. Allah hamısını xoşbəxt etsin. Musiqini bilən, bilməyən hamısı əziyyət çəkir. Oxuya bilməyən, musiqini bilməyən daha çox əziyyət çəkir. Onlara gülüb, məsxərəyə qoymaq olmaz" deyə müğənni deyib.

Milli.Az


Etiketlər:  O biri dünyada istərdim əməllərim gözəl olsun Məni Allah çox istəyir Mətanət Əsədova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ