Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2022 20:28
U-23 qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub.
12-14 iyul tarixlərində Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışa 73 klub, cəmiyyət və idman təşkilatından 311 idmançı qatılıb. Çempionat Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunub.
3 gün davam edən yarışda 14 çəki dərəcəsində medalçılar məlum olub.
Ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Neftçi İdman Klubu, 2-ci yerə Atilla İdman Klubu İdman Birliyi, 3-cü yerə isə Zirvə Abşeron İdman Kubu layiq görülüb. 41 komanda müxtəlif əyarlı medal qazanıb.
Qadınlar arasında 57 kq çəkidə Abşeron şəhər, Zirvə İdman Klubunun yetirməsi olan Nuray Quliyeva qızıl medal qazanaraq Azərbaycan çempionu olub.