Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Antalyada köpəkbalığı görənlər qorxuya düşdü - VİDEO

Antalyada köpəkbalığı görənlər qorxuya düşdü - VİDEO

Tarix: 15 Iyul 2022 19:02

Antalyanın Kəmər rayonunda dənizlərin sanitarı kimi tanınan və nəsli kəsilməkdə olan boz köpəkbalığının leşi insanları qorxudub. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, səhər saatlarında Kəmər rayonunda kanoe ilə dənizə çıxan vətəndaşlar suyun üzərində 1,5 metr uzunluğunda köpək balığının leşini görüblər. Əvvəlcə bundan narahat olan insanlar daha sonra ölmüş köpəkbalığını kəndirə bağlayaraq quruya çıxarıblar.

Antalya Universitetinin Balıqçılıq fakültəsinin müəllimi, prof. dr. Mehmet Gökoğlu tapılan köpəkbalığının təhlükəli növ olmadığını qeyd edib.

"Bu balıq dənizlərin sanitarıdır. Heç bir zərəri yoxdur. Dərində yaşayır. Gecə su üzünə qalxır. Böyük və ağırdır. Adətən, sahilə yaxınlaşmır. Hazırda ovu qadağandır", - deyə məlumat verib.

Milli.Az


Etiketlər:  Antalyada köpəkbalığı görənlər qorxuya düşdü VİDEO


RƏYLƏR