Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2022 16:30
Gündəlik stres, kirli ekologiya, pis vərdişlər, düzgün olmayan qidalanma öz təsirini dəridə göstərir.
Sonxeber.net Axşam.az-a istinadən cəmi bir ay ərzində hamar və parlaq cildə sahib olmağınıza yardımçı olacaq 5 vərdişi təqdim edir.
Qəhvəni azaldın
Bir fincan təzə dəmlənmiş qəhvə səhərə başlamaq üçün yaxşı seçimdir. Tərkibindəki yüksək kofein insanı canlandırır, səmərəliliyi və konsentrasiyanı artırır. Bununla belə, bir çoxu gündəlik kofein normasını əhəmiyyətli dərəcədə üstələyir. Bu da sağlamlıq problemlərinə əlavə olaraq, dərini korlayır, onu mat və boz rəngə çevirir. İstehlak olunan içkinin miqdarını ən azı üçdə bir azaldsanız, dəyişikliyi demək olar ki, dərhal görəcəksiniz.
Rutininizə C vitamini əlavə edin
Tərkibində askorbin turşusu olan aktiv serumlar və kremlər piqmentasiya ilə effektiv mübarizə aparır, ümumi dəri tonunu yaxşılaşdırır, həmçinin təbii kollagenin istehsalını stimullaşdırır, qocalma prosesini ləngidir.
Pilinq etməyi unutmayın
Dərinin səthində ölü hüceyrələr onu mat və yorğun göstərir. Bunun üçün müxtəlif vasitə və kremlərlə pilinq edərək dərini daha parlaq və canlı edə bilərsiniz.
Üzünüzü buzla masaj edin
Buzdan istifadə dəri və cild tonunu yaxşılaşdırmaq üçün təsirli üsuldur. Bu üsul qan axını stimullaşdırır ki, nəticədə daha hamar və parlaq dəriyə sahib olacaqsınız. Bundan əlavə, dəri hüceyrələrinin yenilənməsinə kömək edir, qocalmanı ləngidir və qırışların yaranmasının qarşısını alır.
Daha çox su iç
Kifayət qədər su qəbulu gözəlliyin ən vacib sirridir. Əgər gün ərzində kifayət qədər maye qəbul etməmisinizsə, yuxarıda təqdim etdiyimiz heç bir vasitə sizə kömək etməyəcək. Su ən əsası bədəndən toksinləri çıxarır ki, bu da dərinin rəngini daha canlı və parlaq edir.