Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2022 23:51
Əgər Ukrayna Silahlı Qüvvələri Novaya Kaxovkanı azad etsə, o zaman "xüsusi əməliyyat" deyilən əməliyyat Rusiya üçün "siyasi, hərbi və iqtisadi mənada" itki ilə nəticələnək.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Dmitri Snegirev deyib.
Onun sözlərinə görə, Nova Kaxovkanın azad edilməsindən sonra Rusiya Federasiyası ilhaq edilmiş Krımla işğal olunmuş Donbass arasındakı quru dəhlizini itirəcək.
"Nova Kaxovka üzərində nəzarət iki məsələni həll edir. Birincisi, işğal olunmuş Krım ərazisindən müvəqqəti işğal olunmuş Luqansk və Donetsk vilayətlərinin ərazilərinə uzanan qondarma quru dəhlizidir. Bu, "xüsusi əməliyyat"ın məqsədlərindən biridir. İkincisi, Krımın işğal olunmuş rayonlarının ərazilərinə Ukrayna suyunun verilməsinin qarşısını almaqdır", - Snegirev qeyd edib.