Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 09:54
ABŞ Cənubi Qafqazda münasibətlərin normallaşması istiqamətində fəal rol oynayır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Dövlət Departamentinin sözçüsü qeyd edib ki, ABŞ ardıcıl olaraq ikitərəfli və eyni mövqeli tərəfdaşlarla birgə , o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə uzunmüddətli, hərtərəfli sülhün əldə edilməsində köməklik göstərməyə hazır olduğunu bəyan edib.
"Dövlət katibi Blinkenin son həftələrdə xarici işlər nazirləri ilə təmas saxlamaq imkanı olub və həmçinin Dövlət katibinin köməkçisi Donfrid və Dövlət Departamentinin digər rəsmiləri də erməni və azərbaycanlı həmkarları ilə yüksək səviyyədə ünsiyyət qurmaq imkanı əldə ediblər.
Biz XİN başçıları arasındakı görüşü alqışlayırıq. Biz dialoqun Cənubi Qafqaz regionunda dinc, demokratik və firavan gələcəyə nail olmaq üçün ən yaxşı vasitə olduğuna inanmağa davam edirik və bunu bacardığımız qədər dəstəkləməyə davam edəcəyik", - Ned Prays vurğulayıb .