Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtlər 17 yaşlı qızı öldürdü

İtlər 17 yaşlı qızı öldürdü

Tarix: 19 Iyul 2022 13:38

Rusiyada Krasnoyarsk diyarının Evenki rayonunun Çirinda kəndində dişləmə izləri olan 17 yaşlı qızın meyiti tapılıb.

Sonxeber.net bildirir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinin regional bölmənin mətbuat xidməti məlumat yayıb.

"İstintaqın ilkin məlumatlarına görə, mərhum qız 2022-ci il iyulun 17-də gecə saatlarında dostlarından evə qayıdırmış. Saat 06:00-da qızın meyiti Krasnoyarsk diyarının Evenki rayonunun Çirinda kəndinin küçəsində dişlənmiş baş və bədən xəsarətləri ilə tapılıb. Ehtimal olunur ki, qız itlərin hücumu nəticəsində xəsarət alıb", - məlumatda deyilir.

Yeniyetmənin ölümü ilə bağlı "Ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə cinayət işi başlanıb. Qızın ölümünün dəqiq səbəbi ekspertizadan sonra bəlli olacaq, araşdırmalar davam edir.

İrfan Vəliyev


Etiketlər:  İtlər yaşlı qızı öldürdü


RƏYLƏR