Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 22:27
Türkiyə, ABŞ, İspaniya, Portuqaliya və İsrail və.s onlarla ölkədə aşkarlanan meymunçiçəyi xəstəliyi narahatlıq yaratmaqda davam edir.
ABŞ-da müxtəlif vaxtlarda həm COVİD-19, həm də meymunçiçəyi xəstəliyinə tutulan Luke Şannahan adlı şəxs yoluxmanın ağırlıq dərəcəsini müqayisə edib. "KXAS" media orqanına danışan Şannahan meymunçiçəyinin COVİD-19-dan dəfələrlə şiddətli keçdiyini iddia edib.
"Meymunçiçəyi COVİD-dən 100 dəfə pis idi. Xəstəlik bir həftə əvvəl başladı, yüksək hərarət, sonra davamlı başağrısı ilə davam etdi. Limfa düyünlərim şişdi, qurbağa kimi idim. Yüksək hərarətdən sonra bədənimdə yaralar və səpgilər meydana gəldi. Ağrılarım və həssaslıq davam etdi. Bu, iynəli topla bıçaqlanmaq kimi bir hiss idi.
Bu yaxınlarda barlara getmişdim, bir neçə hovuz şənliyinə qatılmışdım. Bəlkə də ona görə xəstələndim. Ən kritik iki gecə hətta öləcəyimi düşündüm", - xəstə etiraf edib.