Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 22:40
"Rəqibin vurduğu ilk qolda ofsayd var idi".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə "Sürix"inə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis futbolda belə halların olduğunu söyləyib: "Ofsayda oxşadı. Oxşadı deyəndə ki, oyundankənar vəziyyət var idi (gülür)".
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 27-də Sürixdə baş tutacaq.