Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin: "Fərat çayı ərazisi Suriya hökumətinin nəzarətinə qaytarılmalıdır"

Putin:

Tarix: 19 Iyul 2022 23:44

"Fərat çayı ərazisi Suriya hakimiyyətinin nəzarəti altına qayıtmalıdır".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Astana üçlüyü"nün görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

"Suriya ərazisində yerləşən silahlıların həm Yaxın Şərq regionunda, həm də onun hüdudlarından kənarda fəaliyyətinin qarşısını almağa davam edəcəyik. Məhz bu kontekstdə Suriyanın şimal-şərqində, Fərat çayı ərazisində çətin vəziyyət müzakirə olunub. Burada bir sıra ölkələrin dəstəyi ilə qanunsuz hərbi birləşmələr fəaliyyət göstərir", - Rusiya Prezidenti vurğulayıb.

Milli.Az


Etiketlər:  Putin Fərat çayı ərazisi Suriya hökumətinin nəzarətinə qaytarılmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ