Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 13:22
Rusiyada Omsk vilayətinin sərxoş sakini eyvandan keçmiş sevgilisinin yanına keçməyə cəhd edib və onu elektrik cərəyanı vuraraq öldürüb.
Sonxeber.net bildirir ki, bu barədə regional İstintaq Komitəsinin saytında məlumat verilib.
İdarədən verilən məlumata görə, hadisə Kalaçinsk şəhərində baş verib. 31 yaşlı rusiyalı keçmiş sevgilisi ilə birgə yaşadığı mənzilə girmək istəyərkən yıxılaraq elektrik xəttinə düşüb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Müstəntiqlər hadisənin bütün hallarını müəyyən etmək üçün ölümlə bağlı araşdırma aparırlar.
İrfan Vəliyev