Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 16:08
Rusiya Daxili İşlər Nazirliyi fərdi yaşayış evinin dam örtüyünün Ukrayna bayrağı rənglərində olduğu üçün sökülməsinə qərar verib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, qərar ətrafdakı sakinlərin şikayəti əsasında qəbul edilib.
Söküntü prosesi zamanı məlum olub ki, ev çoxdan təqaüdə çıxan Balaşixanın keçmiş polis sahə müvəkkilinə məxsusdur. O, evin hələ 10 il bundan öncə tikildiyini və dam örtüyünün rənglərində heç bir gizli məna olmadığını bildirib.
Buna baxmayaraq, son nəticədə damın sökülməsi qərara alınıb.