Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ev almaq istəyənlərin nəzərinə - VİDEO

Bakıda ev almaq istəyənlərin nəzərinə - VİDEO

Tarix: 20 Iyul 2022 18:30

Son vaxtlar mənzil bazarında 1-2 otaqlı mənzillər daha çox satılır. Rieltorlar deyirlər ki, əvəzində 3, 4 və daha çox otaqlı evlərə tələb azalıb. Bu da bir sıra amillərlə əlaqələndirilir. 

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, ötən il isə 3 və 4 otaqlı evlərin daha çox satıldığı bildirilir. Rieltorlar həmçinin mənzil bazarında təxminən 10 faiz bahalaşma olduğunu deyirlər.

Vətəndaşlar da evlərin bahalaşdığı, bir çox ailənin büdcəsinin 3 və daha çox otaqlı mənzillərin qiymətinə uyğun olmadığı qənaətindədirlər. 

Əmlak Məsələləri üzrə ekspert Ramil Qasımzadə isə 1və 2 otaqlı evlərə tələbatın artmasını mənzil bazarındakı qiymət artımı ilə əlaqələndirir. 

Ramil Qasımzadə deyir ki, 3-4 otaqlı mənzillər nisbətən aşağı qiymətə satılsa belə yenə də bu, hər kəs üçün əlçatan olmur.

Ekspertin sözlərinə görə, ötən illə müqayisədə 1 və 2 otaqlı mənzillərin qiyməti 20 faiz, 3 və daha çox otaqlı evlərin qiyməti isə 10 faiz artıb.


Etiketlər:  Bakıda almaq istəyənlərin nəzərinə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ