Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənubi Koreya Azərbaycan üçün 2 milyon qrant ayırdı

Cənubi Koreya Azərbaycan üçün 2 milyon qrant ayırdı

Tarix: 20 Iyul 2022 20:44

İyulun 20-də Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə Cənubi Koreya Respublikasının Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) arasında "Azərbaycanda innovasiya siyasətinin qurulması"na dair Qrant Müqaviləsi imzalanıb.

Nazirlikdən verilən məlumata görə, müqaviləni Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Ofisinin Ölkə üzrə direktoru Jong Hyun Moon imzalayıb.

2 milyon ABŞ dolları dəyərində olan Qrant layihəsinin məqsədi Azərbaycanda innovasiya siyasətinin səmərəliliyinin artırılması üçün innovasiyalar üzrə Strateji Yol Xəritəsinin hazırlanmasıdır.

Layihə çərçivəsində KOICA təşkilatının ekspert qrupu tərəfindən nazirliyin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin iştirakı ilə institusional imkanların artırılması, innovasiya və startap ekosisteminin inkişafı və digər əlaqəli məsələlərə dair araşdırmalar aparmaqla təklif və tövsiyələrin təqdim edilməsi nəzərdə tutulur.

KOICA-nın maliyyə və texniki dəstəyi ilə həyata keçiriləcək layihənin 2024-cü ilədək davam etdirilməsi və bu müddət ərzində qarşılıqlı işgüzar səfərlərin edilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə innovasiya ekosisteminin inkişafına görə lider ölkələrdən biri olan Cənubi Koreyanın təcrübəsindən yararlanmaqla Azərbaycanda müvafiq sahəyə investisiya qoyuluşuna, iqtisadiyyatın müxtəlif sahələrində innovasiyaların tətbiqinə öz töhfəsini verəcək.


Etiketlər:  Cənubi Koreya Azərbaycan üçün milyon qrant ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ