Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Ukraynaya daha dörd HIMARS göndərir

ABŞ Ukraynaya daha dörd HIMARS göndərir

Tarix: 20 Iyul 2022 23:38

ABŞ Ukraynaya daha dörd yüksək hərəkətli raket sistemi (HIMARS) göndərəcək.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin bildirib.

"Biz Ukrayna Silahlı Qüvvələrində xidmət edən cəsur kişi və qadınlara uzunmüddətli dəstəyimizi davam etdirmək üçün innovativ yollar tapmağa davam edəcəyik və Ukraynanın özünü müdafiə etməsi üçün texnologiya, silah və sursatla təmin etmək üçün yardımımızı uyğunlaşdıracağıq", - Pentaqon rəhbəri bildirib.

O əlavə edib ki, yeni hərbi dəstək paketinə çox buraxılışlı raket sistemləri və artilleriya üçün mərmilər də daxildir. Son hərbi yardım paketi ABŞ-ın Ukraynaya verdiyi HIMARS-ların ümumi sayını 16-ya çatdıracaq.

Milli.Az


Etiketlər:  ABŞ Ukraynaya daha dörd HIMARS göndərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ