Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 09:46
Orta məktəbi bitirən şagirdin valideyninə səs atılaraq atestat və digər işlərlə bağlı pul tələb edilib.
Sonxeber.net xəbər verir ki, müəllimə aid olduğu iddia edilən səs yazısında digər şagirdlərdən də eyni məbləğdə pul tələb olunur.
Hadisənin Sumqayıt şəhərindəki məktəblərdən birində baş veridiyi bildirilir.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, səs yazısından xəbərləri var. Buna görə artıq araşdırmalara başlanılıb.
Təhsil idarəsindən o da qeyd edilib ki, əgər fakt öz təsdiqin taparsa müəllim haqda qanuna müvafiq olaraq tədbir görləcək.