Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2022 07:28
Avropa polis təşkilatı Avropol Ukraynadan odlu silah qaçaqmalçılığı barədə məlumata malikdir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.
Qəzetə müsahibəsində qurumun rəhbəri Yan Op Qer Oort bildirib ki, qara bazarda Ukrayna mənşəli odlu silah və hərbi məhsulların ticarətinə rast gəlinir.
Oort bildirib ki, Avropolun əməkdaşları ağır hərbi silahların bazara çıxarıldığına dair məlumata malikdirlər. Bu silahların terrorçuların əlinə düşməsi riski var. Ukraynanı tərk edən bəzi şəxslər özləri ilə odlu silah aparıblar. Avropaya keçirilmək üçün silah və döyüş sursatlarının sərhəd zonalara gətirilməsi təhlükəsi var.