Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2022 13:46
Taksi sürücüsü itirdiyi pulqabını Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyerə qaytarıb və futbolçunun minnətdarlığına qəzəblənib.
Sonxeber.net bildirir ki, bu haqda "Bild" xəbər verir.
Mənbənin sözlərinə görə, sürücü Noyerin unudulmuş pulqabısını səfər başa çatdıqdan sonra tapıb. İçində bank kartları və 800 avro olub. Taksi sürücüsü idmançını axtarmaq üçün 120 kilometr yol qət edib və pulqabını köməkçisinə verib. Minnətdarlıq əlaməti olaraq Noyer sürücüyə avtoqraflı formasını göndərib.
Taksi sürücüsü belə bir hədiyyədən məyus olduğunu bildirib. O, qapıçının axtarışı zamanı benzinə 400 avro xərclədiyini vurğulayaraq, Noyerin bağışladığı köynəyin xərcləri ödəyə bilməyəcəyini qeyd edib. "Belə bir mükafat istehzadır!", - sürücü vurğulayıb.
Noyer "Bavariya"da ildə 20 milyon avro qazanır. O, 2011-ci ildən komandadadır. Münhen klubunun tərkibində qapıçı on qat Almaniya çempionu və iki dəfə Çempionlar Liqasının qalibi olub.
İrfan Vəliyev