Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Turist avtomobili uçuruma düşdü - bir ailənin 4 üzvü həlak oldu - VİDEO

Turist avtomobili uçuruma düşdü - bir ailənin 4 üzvü həlak oldu - VİDEO

Tarix: 22 Iyul 2022 22:16

Dağıstanda avtomobilin uçuruma düşməsi nəticəsində 4 turist həlak olub.

Milli.Az manşet.az-a istinadən xəbər verir ki, həlak olan turistlər bir ailənin üzvüdür.

Onlar arasında azyaşlılar da var. 

Ölənlərin siyahısı:

1. 1986-cı il təvəllüdlü Qabitov R.;

2. 1987-ci il təvəllüdlü Qabitova A.;

3. 2013-cü il təvəllüdlü S.;

4. 2013-cü il təvəllüdlü R.

Qəza nəticəsində 36 yaşlı R.Qabitov və 35 yaşlı A.Qabitova dünyasını dəyişib. Həmçinin onların övladlarının meyitləri avtomobildə tapılıb, onlar 2013-cü il təvəllüdlü oğlan və qızdır. Xilasedicilər bütün meyitləri çıxarıb, ekspertizaya göndərilib.

Əvvəlcədən xəbər verildiyi kimi, faciə Xunzax kəndi yaxınlığında baş verib. İçərisində iki uşaqlı bir ailənin olduğu avtomobil Tsolotlinski kanyonuna düşüb .

Avtomobilin düşdüyü anı videoya düşüb. Kadrlarda maşının şəlalənin yaxınlığındakı dərəyə necə çıxdığı, daha sonra aşdığı görünür.

Milli.Az


Etiketlər:  Turist avtomobili uçuruma düşdü bir ailənin 4 üzvü həlak oldu VİDEO


RƏYLƏR