Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MİQ üzrə 44 mindən çox namizəd imtahan verib, 11 nəfərin nəticəsi ləğv edilib

MİQ üzrə 44 mindən çox namizəd imtahan verib, 11 nəfərin nəticəsi ləğv edilib

Tarix: 22 Iyul 2022 22:46

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Bu barədə Sonxeber.net-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, müsabiqənin test imtananı mərhələsi Bakı, Gəncə, Ağcabədi, Lənkəran, Şamaxı, Mingəçevir, Salyan, Sumqayıt, Xaçmaz və Yevlaxda yaradılmış 15 imtahan mərkəzində təşkil olunub.

Ümumilikdə 7 iş gününü əhatə edən imtahanlarda 44363 nəfər namizəd iştirak edib.

Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 11 nəfərin nəticəsi imtahan qaydalarını pozduğu üçün ləğv edilib.

Növbəti mərhələdə namizədlərin vakansiya seçimi və müsahibə prosesi həyata keçiriləcək.


Etiketlər:  MİQ üzrə mindən çox namizəd imtahan verib nəfərin nəticəsi ləğv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ