Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2022 08:03
"Böyük Britaniyadakı ukraynalı hərbçilərə təkcə yerli mütəxəssislər deyil, həm də beynəlxalq tərəfdaşlar da təlim keçəcək".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı bildirib.
"Böyük Britaniya beynəlxalq tərəfdaşları cəlb etməklə bu təlim fəaliyyətlərini genişləndirmək üçün çalışır", - Britaniya hökumətinin mətbuat xidmətinin məlumatında qeyd olunur.
Zelenskinin sözlərinə görə, Böyük Britaniya və digər ölkələrin göstərdiyi hərbi dəstək Rusiya ilə münaqişədə vəziyyəti həqiqətən də dəyişir.
Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək.