Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qiyamət yaxındadır, boş söhbətdən əl çəkin - Xəbərdarlıq

Qiyamət yaxındadır, boş söhbətdən əl çəkin - Xəbərdarlıq

Tarix: 23 Iyul 2022 08:28

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge son həftələrdə Avropada insan tələfatına səbəb olan isti hava dalğasının "qorxunc qiyamətlə" əlaqəli olduğunu bildirib.

Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, iqlim dəyişikliyi nəticəsində yaranan isti dalğasının mənfi təsirinə qarşı Avropa ölkələrinin vahid plan hazırlaması zərurətini vurğulayan Kluge mövcud böhranın bəşəriyyətin varlığını təhdid etdiyini qeyd edib.

Kluge hökumətləri boş ritorikadan əl çəkməyə və Paris iqlim razılaşmasını həyata keçirmək üçün siyasi iradə nümayiş etdirməyə çağırıb.


Etiketlər:  Qiyamət yaxındadır boş söhbətdən çəkin Xəbərdarlıq


RƏYLƏR