Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tofiq Musayev: "Əvvəldən demişdim ki, döyüş vaxtından tez qurtaracaq"

Tofiq Musayev:

Tarix: 23 Iyul 2022 09:32

"Əvvəlki müsahibəmdə də demişdim ki, döyüş vaxtından tez qurtaracaq. Sevindirici haldır ki, vaxtından əvvəl qələbə qazandım".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Azərbaycanın MMA idmançısı Tofiq Musayev "Bellator"dakı ilk görüşündə ABŞ təmsilçisi Sidney Autlounu cəmi 27 saniyəyə nokauta göndərməsi barədə danışarkən deyib.

33 yaşlı idmançı rəqibə hörmətlə yanaşdığını bildirib: "Reytinqdə 1-ci yerdə gedirdi. Düşünürdüm ki, döyüşümüz maraqlı olacaq. Belə olub-olmadığını tamaşaçılar deyə bilər. Artıq təlim-məşq toplanışı haqqında fikirləşirik. Hazırlıq keçəndən sonra məşqçilər heyəti və menecerim məsləhət görərsə, növbəti aylarda döyüşməyə hazıram".

Musayev "Pitbull" ləqəbli braziliyalı Patriki Freyre ilə revanş döyüşünü Azərbaycanda keçirmək istədiyini söyləyib: "Çox istərdim ki, "Bellator" Vətənimdə olsun. Bu, bir çox yeniyetmə və gəncin bu idman növünə marağını daha da artırar. "Bellator"la müqavilə bağlayanda "Pitbull" şəxsi instaqram səhifəsində mənimlə revanş döyüşünə çıxmaq istədiyini yazmışdı. Onunla ancaq kəmər uğrunda döyüşə bilərəm".

Qeyd edək ki, Tofiq Musayev Sidney Autlouya cəmi 27 saniyəyə qalib gəlib.

Milli.Az


Etiketlər:  Tofiq Musayev Əvvəldən demişdim ki döyüş vaxtından tez qurtaracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ