Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2022 09:52
İsrail Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın paytaxtı Dəməşq yaxınlığında hərbi obyektlərə aviazərbələr endirib. Bu barədə Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir.
Məlumata əsasən aviazərbələr nəticəsində ümumilikdə 8 nəfər həlak olub. Aviazərbələr, həmçinin Dəməşqin Sayeda-Zeynab rayonunda yerləşən və İrana məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı istehsalı üzrə müəssisəyə də endirilib. Zərbə nəticəsində İrana məxsus olan silah anbarı tamamilə məhv edilib.