Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran XİN rəhbəri səfirə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi üçün göstəriş verib

İran XİN rəhbəri səfirə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi üçün göstəriş verib

Tarix: 24 Iyul 2022 22:54

İran Azərbaycan Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək niyyətindədir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşündə deyib.

O iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səfirə lazımi göstərişləri verib.

Seyid Abbas Musəvi bu gün axşam saatlarında İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb və çalışdığı ölkə və ikitərəfli münasibətlərdə son hadisələrlə bağlı hesabat təqdim edib.

Görüşdə Hüseyn Əmir-Abdullahian qonşularla, xüsusilə də müsəlman ölkələri ilə əlaqələrin vacibliyinə işarə edərək, İranın Azərbaycan Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək niyyətini vurğulayıb və lazımi göstərişləri verib.


Etiketlər:  İran XİN rəhbəri səfirə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi üçün göstəriş verib


RƏYLƏR