Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2022 15:56
Türkiyədə müalicə alan qazilərimiz Məmmədov Şəmsi Lətif oğlu, Qocayev Emil Azər oğlu, Tağıyev Nurlan Əliağa oğlu, Qələndərli Cavad Rəşad oğlu, Osmanov Zamir Şakir oğlu, Qədirli Alı Azər oğlu, İbrahimov Samurat Nuru oğlu, Orucov Samir Surxay oğlu, Mabudlu Şaban Baloğlan oğlu və müayinə üçün Türkiyəyə göndərilən qazimiz Dadaşov Ənibəy Xanıbəy oğlu ölkəmizə geri qayıdıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, onlardan 6-sı bir ildən artıq müddətdir ki, Türkiyədə müalicə alıb.
Ağır yaralanan qazilərimiz Səmədov Elnur Qalib oğlu və Əhmədov Ceyhun Məlikşah oğlu müalicə məqsədilə Türkiyəyə göndəriliblər.
"YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, bu günə qədər 172 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 149-nun müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.