Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2022 21:14
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini Ruslan Demçenko səhhətində ciddi müalicə tələb edən problemlərə görə vəzifəsindən azad edilib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak açıqlama verib.
O bildirib ki, Prezident Volodimir Zelenski müharibə dövrünün çağırışlarını nəzərə alaraq təhlükəsizlik və müdafiə blokunun işini kökündən dəyişməkdə davam edir.
"Bu gün bizdə yorucu bir müharibə formatı var. Bütün menecerlər müxtəlif səbəblərdən bu tempi, ritmi, iş yükünü saxlaya bilmir. Bu halda söhbət 24/7 rejimində son dərəcə çətin moderasiya işindən gedir. Ona görə də şəxsi səbəblərdən səhhətinin ağır vəziyyəti ilə əlaqədar olaraq, cənab Demçenko ciddi müalicə tələb etdiyi üçün işi davam etdirə bilməyəcək".
O əlavə edib ki, Demçenko Ukraynanın müstəqilliyinin demək olar ki, bütün dövründə müxtəlif dövlət qulluğu vəzifələrində fəal işləyən peşəkar diplomatdır.