Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2022 23:57
ABŞ-ın Dövlət katibi Entoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi "Twitter"də bildirib.
Blinken bildirib ki, Ermınistanın Baş naziri Nikol Paşinyan ilə Ermənistan və Azərbaycanın regionda sülhə nail olmaq üçün tarixi imkanlara sahib olması barədə səmərəli müzakirəsi olub: "Mən Ermənistanın Azərbaycan və Türkiyə ilə irəliyə doğru atdığı müsbət addımları yüksək qiymətləndirirəm. Region ölkələri arasında müzakirələr Cənubi Qafqazda davamlı sülhün açarıdır", ABŞ dövlət katibi vurğulayıb.