Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 15:42
Ukraynalı müğənni, aktrisa və teleaparıcı Vera Brejneva ilə həyat yoldaşı bəstəkar Konstantin Meladze boşanıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə jurnalist Alyona Juja məlumat yayıb. O, cütlüyün 7 illik evliliklərini sonlandırdığını iddia edib.
Bildirilib ki, Brejneva və Meladzenin münasibətlərində problem artıq bir neçə aydır ki, davam edirmiş. Alyona cütlüyə yaxın olan insanların məlumatı təsdiqlədiyini deyib. Bundan başqa, Brejnevanın sosial media hesabından Meladze ilə olan fotolarını silməsi də diqqət çəkib.
Lakin ikili məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd olunur ki, Brejneva ilə Meladze 2015-ci ildə gizli şəkildə nikah masasına əyləşib.