Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsanların gözü qarşısında məktəblini öldürdü

İnsanların gözü qarşısında məktəblini öldürdü

Tarix: 27 Iyul 2022 16:14

Rusiyada baş verən dəhşətli qətl hadisəsi avtomobilə quraşdırılan qeydiyyat kamerasına düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kadrlarda gəncin yoldan keçənlərin gözləri önündə qıza bıçaqla 10-dan çox zərbə endirməsi, sonra isə hadisə yerindən qaçması əks olunub.

Zərərçəkən təcili yardım gələnə qədər ölüb.

Məlumata görə, 27 yaşlı Roman Xamrayev münasibətdə olduğu 16 yaşlı Anastasiya Rakovanı qısqanclıq zəminində öldürüb. Məktəbli qızın dostlarının dediyinə görə, Roma tez-tez Nastyanı döyüb, qız isə daimi təhdidlərə görə onu tərk edə bilməyib.

Artıq gənc saxlanılıb. Ona qarşı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Şübhəlini 15 il müddətinə qədər azadlıqdan məhrumetmə gözləyir.

Milli.Az


Etiketlər:  İnsanların gözü qarşısında məktəblini öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ