Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə verilib

Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə verilib

Tarix: 27 Iyul 2022 19:56

Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, iddiada Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunması istənilib.

Xüsusi ittihamçı Ülviyyə Alovludur. O, müğənninin ona böhtan atdığını əsas gətirərək həbsini tələb edir.

Həmin iş Nəsimi rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 2-ə təyin edilib.

Flora Kərimovanın vəkili APA-ya bildirib ki, məhkəmə tərəfindən bildirişlər və şikayətin məzmunu onlara çatmayıb.


Etiketlər:  Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ