Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış aktrisa əri ilə çimərlikdə öpüşdü, paparassilərə ''hədəf'' oldu - FOTO

Tanınmış aktrisa əri ilə çimərlikdə öpüşdü, paparassilərə ''hədəf'' oldu - FOTO

Tarix: 28 Iyul 2022 03:24

Türkiyənin tanınmış aktrisası Deniz Baysal və həyat yoldaşı Barış Yurtçu istirahətə yollanıblar. 

Milli.Az lent.az-a istinadən bildirir ki, onlar Türkiyənin Çeşme bölgəsində tətil ediblər.

Daha sonra Kiprdə yerləşən İskeleyə gediblər. Orada dənizə baş vuran cütlüyün öpüşməkdən doymadığı romantik anlar da kameralardan yayınmayıb.

Belə ki, bir-birini öpüşlərə qərq edən Deniz və Barış dənizin və günəşin dadını çıxarıblar. Denizin ərini ayağı ilə dənizə tərəf itələdiyi foto sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, aktrisa Deniz Baysal "Fazilet hanım ve kızları", "Teşiklat", "Söz" kimi məşhur seriallarda obrazlar yaradıb. Həyat yoldaşı Barış Yurtçu isə "Kolpa" musiqi qrupunun yaradıcılarından biridir. 

Milli.Az


Etiketlər:  Tanınmış aktrisa əri ilə çimərlikdə öpüşdü paparassilərə hədəf oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ