Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2022 08:14
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Sürix"lə cavab oyununda zədələnən futbolçularının vəziyyətindən danışıb.
O, oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, matçın 40-cı dəqiqəsində zədələnərək meydanı tərk edən Kevin Medinanın durumu ciddidir:
"Medinanın zədəsi ciddiyə oxşayır. Sabah Bakıya qayıdandan sonra dəqiq diaqnoz qoyulacaq".
Baş məşqçi digər xırda zədə alan futbolçuların durumunun yaxşı olduğunu bildirib: "Digərlərinin zədəsi isə yorğunluqla bağlıdır. Ciddi problemləri yoxdur".
Xatırladaq ki, Bakıda "Sürix"ə 3:2 hesabı ilə qalib gələn "Qarabağ" İsveçrədəki matçda 2:2 hesablı bərabərliklə 3-cü mərhələyə yüksəlib.