Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın Avropa Liqasındakı mümkün rəqibləri bəlli oldu

“Qarabağ”ın Avropa Liqasındakı mümkün rəqibləri bəlli oldu

Tarix: 28 Iyul 2022 10:12

Avqustun 2-də Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da mümkün rəqibi bəlli olacaq.

III təsnifat mərhələsində "Ferensvaroş"la görüşəcək Ağdam təmsilçisi mərhələ adlamasa, yoluna Avropa Liqasında davam edəcək. Püşkdə komandalar 4 qrupa bölünəcək.

1-ci qrupda yarışa birbaşa Avropa Liqasının pley-offundan başlayanlar, 2-cidə Çempionlar Liqasının III təsnifat mərhələsinin uğursuzları yer alıb. Avropa Liqasının III təsnifat mərhələsinin Çempionlar yolunda qalib gələnlər 3-cü, Liqa yolunda sevinənlər 4-cü qrupda olacaq.

Püşkatma 4 hissədən ibarət olacaq. 4-cü qrupun 2 komandası 1-ci qrup təmsilçiləri ilə düşəcək. 1-ci qrupun digər 5 klubu 3-cü qrupdan rəqib gözləyir.

"Qarabağ"ın yer aldığı qrupun cütləri bir-biri ilə düşə bilər. Yəni ağdamlıların "Ferensvaroş"la cütündə uduzanı elə Çempionlar Liqasında eyni taleyi yaşayan gözləyəcək. Buradakı mümkün 5 cütdən biri - "Srvena Zvezda - "Pünik" dueli təmsilçimizə rəqib ola bilməz. Azərbaycan çempionunu burada 4 cüt gözləyir.

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

1-ci qrup
"Gent" (Belçika)
"Austriya" (Avstriya)
"Harts" (Şotlandiya)
"Omoniya" (Kipr)
"Sivasspor" (Türkiyə)
"Dnepr-1" (Ukrayna)
"Silkeborq" (Danimarka)

2-ci qrup
"Lüdoqorets" (Bolqarıstan) - "Dinamo" (Xorvatiya) cütünün məğlubu
"Srvena Zvezda" (Serbiya) - "Pünik" (Ermənistan) cütünün məğlubu
"Şerif" (Moldova) - "Viktoriya" (Çexiya) cütünün məğlubu
"Ferensvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan) cütünün məğlubu
"Makkabi" (Hayfa, İsrail) - "Apollon" (Kipr) cütünün məğlubu
"Bodo Qlimt" (Norveç) - "Jalgiris" (Litva) cütünün məğlubu

3-cü qrup
"Malmö" (İsveç) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi
"Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi
"Linfild" (Şimali İrlandiya) - "Sürix" (İsveçrə) cütünün qalibi
"Olimpiakos" (Yunanıstan) - "Slovan" (Slovakiya) cütünün qalibi
"Maribor" (Sloveniya) - HİK (Finlandiya) cütünün qalibi

4-cü qrup
AEK (Kipr) - "Partizan" (Serbiya) cütünün qalibi
"Fənərbağça" (Türkiyə) - "Slovaçko" (Slovakiya) cütünün qalibi


Etiketlər:  Qarabağın Avropa Liqasındakı mümkün rəqibləri bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ