Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçmiş modelin oğlu evdə ölü tapıldı

Keçmiş modelin oğlu evdə  ölü tapıldı

Tarix: 28 Iyul 2022 18:16

42 yaşlı keçmiş model Kelli Makki Zeyffenə ağır itki üz verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, eks-modelin əkiz övladlarından biri - 9 yaşlı oğlu evdə ölü aşkarlanıb. Bu barədə o, instaqram hesabında yazıb. Kelli oğlunun ölümünü dünyanın milyonlarla hissəyə parçalanması kimi təsvir edərək bunları yazıb:

"Bu dünyanı tərk etdin və səni sevən bir çox insanı geridə qoyub getdin. Bilmirəm bundan sonra necə davam edə bilərəm? Amma cəhd edəcəyəm. Əkiz bacın üçün buna çox çalışacağam".

Bildirilib ki, keçmiş modelin oğlu heç bir xəstəlikdən əziyyət çəkməyib. Hazırda müəmmalı ölümün səbəbi araşdırılır.

Qeyd edək ki, Kelli şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın yaxın dostudur. Bu səbəbdən cütlük onun şərəfinə yaradılan fonda 5 min dollar ianə ediblər.

Milli.Az


Etiketlər:  Keçmiş modelin oğlu evdə ölü tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ