Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəhənglərin yüksək məvacibli təklifini rədd etdi: İki dəfə az məbləğə bu kluba keçdi

Nəhənglərin yüksək məvacibli təklifini rədd etdi: İki dəfə az məbləğə bu kluba keçdi

Tarix: 29 Iyul 2022 15:32

"Barselona"ya transfer olan "Sevilya"nın müdafiəçisi Jyol Kunde barədə maraqlı məqam üzə çıxıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Mançester Siti" klubu Kundeni son anda "Barselona"ya transfer olmaq fikrindən daşındırmaq istəyib. İspaniya mətbuatının məlumatına görə, ingilislər futbolçuya "Barselona"nın təklif etdiyi məvacibdən iki dəfə çox məvacib təklif edib. Lakin futbolçu təklifi rədd edib. Müdafiəçi "Barcelona" klubu ilə razılaşdığını bildirib.

Qeyd edək ki, bundan əvvəl "Çelsi" futbolçuya "Barselona"nın təklif etdiyi məvacibdən iki dəfə çox məvacib təklif etmişdi.

"Barselona" Fransa millisinin müdafiəçisi ilə 5 illik müqavilə imzalayıb. "Barselona" 24 yaşlı oyunçu üçün qarşı tərəfə 55 milyon avro ödəyəcək.

Milli.Az


Etiketlər:  Nəhənglərin yüksək məvacibli təklifini rədd etdi İki dəfə az məbləğə bu kluba keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ