Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Müsəlmanlara və məscidlərə qarşı hücumlarda çox ciddi artım var"

Tarix: 29 Iyul 2022 23:00

Avropada müsəlmanlara və məscidlərə qarşı hücumlarda çox ciddi artım var.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Annalena Berbokla birgə mətbuat konfransı zamanı deyib.

"Hər cür irqçiliyə və ayrı-seçkiliyə qarşı birlikdə mübarizə aparmalıyıq. Biz müsəlman icmasının məscid və dərnəklərinin təhlükəsizliyi üçün lazımi tədbirlərin görülməsini gözləyirik", - türkiyəli nazir qeyd edib.

Son zamanlar Almaniyada PKK-nın fəaliyyətində artım olduğunu qeyd edən Çavuşoğlu alman həmkarına bunun müttəfiqlik ruhu ilə bir araya sığmadığını vurğulayıb.

"Türkiyə terror təşkilatları ilə mübarizədə konkret addımlar və aktiv əməkdaşlıq gözləyir", - Çavuşoğlu əlavə edib.

Milli.Az


Etiketlər:  Müsəlmanlara məscidlərə qarşı hücumlarda çox ciddi artım var


RƏYLƏR