Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2022 18:52
İspaniyanın Səhiyyə Nazirliyi indiyədək ölkədə meymunçiçəyinə yoluxmuş şəxslər arasında 2 ölüm faktının qeydə alındığını açıqlayıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, ilk ölüm barədə dünən məlumat açıqlanmışdı.
Bu, Avropada meymunçiçəyi səbəbindən ilk ölüm halıdır. Daha əvvəl Afrikada 5, Braziliyada 1 ölüm hadisəsi barədə məlumat yayılmışdı.
İyulun 29-na olan məlumata görə, krallıqda xəstəliyə 4 298 təsdiq olunmuş yoluxma qeydə alınıb və 120 nəfər xəstəxanalara yerləşdirilib.